Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa Bəyannaməsindən keçən bir il

0

  •          Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında  müttəfiqlik münasibətləri  haqqında Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycanın qədim şəhəri Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cənabları tərəfindən imzalanıb.     On bir A4 səhifəsindən ibarət olan bu Bəyanət iki ölkə arasında olan münasibətlərin ən yüksək zirvəsidir. Bəyanət 100 il bundan əvvəl bağlanmış Qars  müqaviləsinə istinad edilir. Müqavilənin 100 ildən sonra  təkrarlanması iki qardaş ölkəni dərin köklərlə bağlı olduğunu göstərir və gələcəkdə görüləcək işlərin istiqamətini müəyyənləşdirir. Bəyannamə hər iki dövlətin siyasi, iqtisadi, ticari… təhsil, mədəniyyət, idman və deyərdimki bütün sahələrdə birgə addım atacağını göstərir. Bəyannamədə regionda olan ölkələr üçün önəmli olan, uzun müddətli sülhün təmin olunması öz əksini tapmışdır. Qonşu ölkələr arasında əlaqələri möhkəmləndirə biləcək. Zəngəzur dəhlizinin açılması Türk Dünyası ölkələri üçün bir töhvə  ola bilər. Sözsüz ki, 44 günlük Zəfər qələbəsi zamanı Türkiyyə bir dövlət bir millət kimi Azərbaycanın yanında olduğu kimi qələbədən sonrada bərpa işlərində yanındadır. Şuşa Bəyannaməsini bağlanmasından  düz bir il keçir. Keçən müddət ərzində Türkiyyə Respublikasının Prezidenti və dövlət nümayəndələri dəfələrlə Azərbaycana səfər etmişlər. Qarabağın işğaldan azad olunan  ərazilərində görülən bərpa və yenidən qurma işlərində Türkiyyə dövləti və şirkətləri yaxından iştirak edirlər.  101, 5 min –lik  Fizuli – Şuşa aftamabil yolunun inşasına 16 noyabr 2020-ci ildə başlanmışdır. Zəfər yolunun inşası qardaş köməyi ilə tez bir zamanda başa çatdı. 7 noyabr 2022-ci ildə hörmətli Prezidentimiz İlham Əliyev yolun açılışını elan etdi. 26 Oktyabr  2021 – ci ildə hər  iki ölkənin Prezidentləri Fizuli hava limanının açılışında iştirak etdilər. 14 may 2022-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları qardaş Türkiyyəddə Rizə Artivin hava limanının alçılışında iştirak etmişdir. Cənab Prezident burada  çıxış edərək ölkələrimizin arasındakı münasibətləri daha dərin köklərə dayandığını qeyd etmişdir. 28 may 2022-ci ildə Türkiyyə Respublikasının hörmətli Prezidenti Cənab Tayyib Ərdoğan növbəti dəfə Bakıda "ASAN" xidmət mərkəzinin və Bilim Bakı mərkəzinin açılışında iştirak etmək üçün Bakıya gəlmişdir. 26-29 may 2022-ci il tarixində Bakıda keçirilən TFKNOFES- Azərbaycan festivalında Türkiyyə Respublikasının Prezidenti ilə yanaşı Türkiyyə milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətində iştirak etmişdir. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev nümayəndə heyətinini qəbul etmişdir.  Bəyannamə imzaları bu bir ildə sonsuz sayda belə görüşlər keçirilmişdir hər görüş ölkəmizin arasındakı milli-mənəvi dəyərlərin nə qədər möhkəm olduğunu göstərir.   Gülbəniz Lətifova,Qaragav kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib43 dəfə
    Şuşa Bəyannaməsindən keçən bir il

    Maraqlı gələ bilər
    45